Ekonomiks 10:43 21.09.2018

Bakı Metropoliteni 6 milyon avroluq generator alır

"Bakı Metropoliteni” QSC generator almaq üçün elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, tenderin qalibi Türkiyənin "MTU Motor Turbin Sanayi ve Ticaret” anonim şirkəti olub.

Sentyabrın 6-da qalib şirkətlə 6,33 milyon avro dəyərində satınalma müqaviləsi imzalanıb.