Ölkə 11:15 04.06.2018

Bakı metrosunda Nəsimi Paşayevi kim əvəz etdi?

Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə ayrılan Nəsimi Paşayevi hazırda Bəxtiyar Məmmədov əvəz edir.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu gün Bakı Metropolitenini QSC-nin sədri Zaur Hüseynov B.Məmmədovu kollektivə təqdim edib.

B.Məmmədov qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisinin müavini vəzifəsini tutur.