Video 09:22 04.02.2019

Bakı metrosunda problem: sərnişinlər təxliyyə olundu (VİDEO)

Ötən gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, "Həzi Aslanov” stansiyasından "İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatarda problem yaranıb.

Qatar "28 may” stansiyasında olarkən vaqonlardan birinin qapıları bağlanmayıb. Nəticədə qatardakı sərnişinlər düşürdülüb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə dünən saat 14:44-də baş verib.

"Dünən "Həzi Aslanov”-"İçərişəhər” istiqamətində hərəkət edən 14 saylı qatar "28 may” stansiyasında olarkən vaqonlardan birinin qapısında nasazlıq olub. Nəticədə qapı bağlanmayıb. Təlimata uyğun olaraq maşinist qapıya baxıb və qərar verib ki, bu hal təhlükəlidir və qatardakı sərnişinlər düşürdülüb. Qatar depoya göndərilib. Hadisə zamanı qrafikdə pozuntu olmayıb. Sadəcə arxadakı qatar 1-2 dəqiqə yubanıb”, - deyə B.Məmmədov bildirib.