Ölkə 09:33 31.01.2018

Bakı metrosunda qatarlar ləngidi, sıxlıq yarandı

Bakı metrosunda qatarda problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-a bildirib ki, 13 saylı marşrut üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib:

"Həmin qatarın əvəzinə xətdə qatar buraxılıb və qatarlararası inyerval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Artıq interval tam bərpa olunub. Qatarların hərəkətində heç bir problem yoxdur”.