Ölkə 10:27 14.08.2017

Bakı metrosunda qorxulu anlar: gənc oğlan relslərin üzərinə yıxıldı (VİDEO)

Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasında hadisə baş verib.

"Qaynarinfo" a24.az-a istinadən xəbər verir ki, dünən saat 13:30 radələrində bir nəfər təsadüfən relslərin üzərinə yıxılıb.

Sayt xəbərlə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxlayıb. Xəbəri təsdiqləyən N. Paşayev gəncin sağ olduğunu və sadəcə qolunun sındığını deyib.

Qaynarinfo.Az