Video 09:25 30.12.2018

Bakı metrosundan "Yeni İl" sürprizi (VİDEO)

Bu gün "Bakı Metropoliteni” QSC sərnişinlərinə xoş bayram sürprizi edib.

Qaynarinfo xəbər verir ki, metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bayrama həsr olunmuş videonu öz "Facebook” hesabında paylaşıb.

Bayram münasibətilə bayram personajları olan Şaxta baba və Qar qız metropolitenin qonağı olub, retro qatarlarda azyaşlı sərnişinlərə bayram sovqatı paylayıblar.