Ekonomiks 20:00 08.04.2018

Bakı-Naxçıvan reysində həyacan: təyyarə quşla toqquşdu, eniş etdi

Bakı-Naxçıvan marşrutu ilə uçuş həyata keçirən "Azərbaycan Hava Yolları” MMC-yə məxsus Airbus A320 təyyarəsi havaya qalxarkən quşla toqquşub.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

"Bununla əlaqədər olaraq hava gəmisinin komandiri hava limanına qayıtmağa qərar verib. Eniş uğurla həyata keçib”,-deyə o bildirib.

Onun sözlərinə görə, hazırda texniki işçilər təyyarəyə baxış keçirir. Sərnişinlər isə Naxçıvana digər təyyarəylə uçacaq.