Ekonomiks 13:10 18.06.2015

Bakı Parisdən də bahadır -FOTOLAR

Beynəlxalq insan resursları idarəetmə agentliyi “Mercer” dünyanın ən bahalı şəhərlərinin siyahısını tərtib edib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyahı şəhərlərdə adam başına düşən gəlir və alıcılıq imkanları ilə ölkə bazarının müqayisəsi nəticəsində tərtib olunub. Parisin 46, Romanın 59, Vyananın isə 56-cı yerdə olduğu bu siyahıda birinci Cənubi Afrika ölkəsi olan Angolanın paytaxtı Luandadır. 

İsveçrənin 3 şəhərinin ilk onluğa düşə bildiyi bu siyahı Luandadan sonra belə davam edir: Honkonq, Zürix, Sinqapur, Cenevrə, Şanxay, Pekin, Seul, Bern. 

London isə ötən illərdəki yerini elə də dəyişməyib və bu siyahıda 12-ci yerdədir. Atlantik okeanın sahilində yerləşən Luanda Anqolanın idarəetmə və ticarət mərkəzidir. Bölgədəki ən vacib ticari limanlar bu şəhərdə yerləşir. 

Siyahının ikincisi olan Honkonq Çin Xalq Respublikasının xüsusi statusu olan bölgəsidir. Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkələrdən biridir. Ölkədə adambaşına düşən milli gəlir 38 min 127 dollardır. 

İsveçrənin ən böyük şəhəri olan Zürix siyahıda üçüncü yerdə durur. Gözəlliyi ilə seçilən şəhər, həmçinin, ölkənin mədəniyyət və iqtisadiyyat mərkəzidir. 

Bakı bu siyahıda 33 yerdə qərarlaşıb (2014-cü ilin reytinq siyahısında 46-cı yerdə olub). Maraqlıdır ki, siyahıda Los-Anceles (36), Paris (46), Moskva (50), Roma (59) kimi şəhərlər Bakıdan daha ucuz hesab edilir. 

Qaynar.info