Video 23:18 18.12.2018

Bakı-Qazax magistralının kəsilməsi ilə bağlı DİN rəsmisindən açıqlama (VİDEO)

Xəbər verdiyimiz kimi bu gün axşam saatlarında Bakı Qazax magistralının Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bizimyol.info-un məlumatına görə, qəza nəticəsində orta yaşlı qadın hadisə yerindəcə keçinib və qəza yerinə gəlməyən təcili tibbi yardım maşınları Dəliməmmədli şəhər sakinlərinin narazılığına səbəb olub. Onlar magistrala təkərlər düzərək hərəkəti həmin istiqamətdə hərəkəti tamamilə məhdudlaşdırıblar.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qeyd edib ki, sabah ətraflı məlumat veriləcək:

"Sabah əlaqə saxlayın, ətraflı məlumat veriləcək”.