Ölkə 10:02 11.12.2017

Bakı-Quba yolunda avtobus qəzası: Yaralılar var

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusun digər avtomobillə toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.