Ölkə 12:03 29.05.2020

Bakı sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın

Mayın 30-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından Qaynarinfo-ya verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.