Ölkənin əsas magistiral yollarından biri hesab edilən Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində asvaltın örtüyündə iri çatlar əmələ gəlib. Sürüşmə nəticəsində yolun bir hissəsi çöküb. Bu səbəbdən yol 6 saat bağlanıb. Əraziyə texnikalar və canlı qüvvə cəlb olunub. Axşam saatlarında avtomobillərin hərəkəti bərpa edilib.
Son günlər aramsız yağan yağış maqistral yolda çətinlik yaradıb.Sürüşmə nəticəsində Baki -Şamaxı -Yevlax yolunda çökmə olub.
Yolun 106 km-yində torpağın çökməsi nəticəsində asfalt örtüyü dağılıb və təxminən 5-6 saatlıq yolda hərəkət dayanıb. Sürücülərin sözlərinə görə, bu ərazidə yağışlırdan sonra sürşmə aktivləşir. Bəzən yola yuxarı hissədən torpaq qatı tökülür.
Şamaxının 8 saylı yol istsmar idarəsinin əməkdaşları yolun çökən hissələrində bərpa işləri aparıb.
Axşam saatlarında yol təmir edilib və avtomobillərin hərəkəti bərpa edilib. Onuda qeyd edək ki torpaq uçuqunlarının tez-tez baş verdiyi ərazilərdə yolun istiqaməti dəyişdiriləcək. mütəxəsislər bu istiqamətdə işlər aparırlar. (Xəzər TV)
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər