Foto 16:39 21.01.2019

Bakı-Şamaxı yolunda ağır qəza: ölən və yaralananlar var (FOTOLAR)

Bakı-Şamaxı-Yevlax yolunun 188 km ərazisində ağır yol qəzası baş verib.

Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, Göyçay rayon,Şahsoltanlı kənd yaxınlığında "VAZ-2106” və "Ford” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində Ağsu rayon sakini, 1966-cı il təvəllüdlü Vəliyev Ziyad Əmrah oğlu, 1973-cü il təvəllüdlü Mehman Cavadov, Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Qinyaz Vaqif oğlu, Ağsu sakini, 1970-ci il təvəllüdlü Qaçayev Bünyad Əli oğlu Göyçay rayon Xəlitli kənd sakini Məmmədov Rəşad Faiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəsarət alanlardan biri, Mehman Cavadov ölüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzanın baş verməsinə havanın şaxtalı və dumanlı olması səbəb olub.