Video 10:52 09.08.2018

Bakı səmasındakı dəhşətli anlar kamerada (VİDEO)

Dünən gecə saatlarından başlayaraq Bakıda hava qəfil dəyişib. Göy guruldayıb, ildırım çaxıb.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, havanın qəfil dəyişməsilə bağlı sosial şəbəkələrdə çox sayda şərhlər yazılıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, havanın qəfil dəyişəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq etmişdi. Bildirilirdi ki, avqustun 08-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Hətta ildırım çaxması faciəyə də səbəb olub. Neftçalada ildırım çaxması nəticəsində həyətlərdən birinin üzərindən keçən yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb. Səhər tezdəndən bundan xəbərsiz yaşadıqları həyəti süpürən 38 yaşlı Aynurə İman qızı Əzimova yerə düşmüş elektrik xəttinə toxunduğu üçün onu elektrik cərəyanı vuraraq öldürüb.