Ölkə 23:25 17.01.2019

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yarandı

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

Bu barədə "Report"a qatarın sərnişinləri bildiriblər.

Onların sözlərinə görə, Sumqayıta doğru hərəkət edən qatar saat 19:48-də Güzdək istiqamətində 1 saat 15 dəqiqə dayanıb. "Maşinist hər 10 dəqiqədən bir bildirirdi ki, qatarın dayanmasına səbəb hava şəraitidir", - deyə onlar qeyd ediblər.

Sərnişinlərin sözlərinə görə, yaranmış problem həll edilmədiyindən Bakı-Sumqayıt qatarının hərəkəti mümkün olmayıb və qatar teplovoz vasitəsilə təyinat nöqtəsinə aparılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a bildirilib ki, qatarın hərəkətində dayanma olmayıb, sadəcə, hava şəraiti ilə əlaqədar sürət həddi endirilib.