Ölkə 20:17 24.07.2018

Bakı-Sumqayıt qatarlarında biletin qiyməti dəyişəcəkmi?

İyulun 27-dən ölkə daxilində hərəkət edən qatarlarının gediş haqqı tariflərində dəyişiklik Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına aid olmayacaq. Bu barədə virtualaz.org-a "Azərbaycan Dəmir Yolları” QSC-nin məlumat mərkəzindən bildirilib.

Məlumata görə, dəyişikliyə əsasən, ölkə daxilində bütün digər sürət və sərnişin qatarlarının bilet qiymətlərində 10 faiz artım olacaq.

Məsələn, iyul ayının 27-dən sonrakı istənilən tarix üçün Bakı-Gəncə qatarına bilet sifarişi 3.77, 6.23, 11.97 manat əvəzinə 4.15, 6.85, 13.167 manat təşkil edəcək.

Mərkəzdən bildirilib ki, təxminən 10 gün öncədən alınan biletlərin qiymətində 1-2 manat qiymət endirimi mümkündür.