Ölkə 20:07 19.04.2019

Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişir

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərnişinlərin istək və təkliflərini nəzərə alaraq 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.

Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.