Bakı və Düşənbə arasında birbaşa aviareyslər açıla bilər

Bakı və Düşənbə arasında birbaşa aviareyslər açıla bilər

Azərbaycanla Tacikistan Bakı və Düşənbə arasında birbaşa aviareyslərin açılmasını müzakirə edib.

İqtisadiyyat nazirliyindən Trend-ə verilən məlumata görə, məsələ Azərbaycan-Tacikistan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyevlə görüşündə müzakirə edilib.

Görüşdə Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığının hazırkı vəziyyəti, əlaqələrin genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ş.Mustafayev diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycan-Tacikistan iqtisadi əlaqələrinin inkişafı üçün potensialı vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Tacikistan arasında ticarət, metallurgiya, tranzit, turizm, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsi, bir sıra sahələrdə birgə müəssisələrin yaradılması üçün geniş imkanlar var.

R.Soliyev bu il ölkələrimiz arasında əlaqələrin 25 illiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən turizm sahəsində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Bildirib ki, Tacikistandan olan turistlər Azərbaycanın Naftalan şəhərinə böyük maraq göstərir.

Görüşdə Gəncə Alüminium Zavodu ilə Tacikistanın Alüminium Zavodu arasında əməkdaşlıq, metallurgiya, tranzit və s. sahələrdə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR