Ölkə 09:43 04.08.2018

Bakı-Xudat marşrutu aşdı

Bakı-Xudat marşrut avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə bir neçə nəfər yaralansa da bəziləri tibbi yardımdan imtina edib. Sərnişin 1970-ci il təvəllüdlü İlqar Axundova ilkin tibbi yardım göstərilib, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Faktla bağlı BDYPİ-ndə araşdırma aparılır.