Video 11:09 09.08.2019

Bakı yağışdan sonra: ənənəvi problemlər (VİDEO)

Bakıda güclü yağışlar səbəbindən yollarda bir sıra problemlər yaranıb.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, yağış sularına qərq olan paytaxt yolları nəqliyyatın hərəkətini də çətinləşdirib. Bir sıra ərazilərdə gölməçələr yaranıb ki, bu da piyadaların gedişinə maneə törədib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən günün ikinci yarısından yağışın kəsiləcəyi bildirilib.