Video 12:02 02.05.2019

Bakıda 12 avtomobili əzən "Land Cruiser" sürücüsü saxlanıldı (VİDEO)

Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü müəyyən edilib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Toyota Land Cruiser" markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.