Ekonomiks 14:52 19.08.2015

Bakıda 12 milyon manata villa satılır - FOTOLAR

Bir müddət əvvəl Azərbaycandakı villaların qiymətlərinin yunan adalarının qiymətindən belə baha olması ilə bağlı məlumat vermişdik. Hətta ekspertlər yunan adalarına investisiyanın gələcəkdə səmərəli olması ilə bağlı da proqnozlar vermişdilər. 

Qaynar.info binaz.az-a istinadən xəbər verir ki, hazırda mənzil bazarında ən bahalı villaların qiymətləri ilə bağlı araşdırma apararaq, bu cür elit tikililərin ilk beşliyini tərtib edib. 

1. Bakıda "Avropa" otelinin ətrafında, Küveyt, Mərakeş səfirliyinin yanında villa


35 sot torpaq ərazisi, 1500 kv metr tikintisi olan villa 3 yataq otağı, 1 qonaq otağı,1 iş otağından ibarətdir. Evin yaşayış sahəsi 1500 m²-dir. Təmirdə istifadə olunmuş məhsullar və evin mebelləri Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirilib. Satıcı gələcəkdə bu evin səfirliyə kirayə verilməsini də məqəsəduyğun hesab edir. Qiyməti nə az, nə çox düz 12 milyon manat.  

2. Bakıda, dəniz mənzərəli villa


Evin yaşayış sahəsi 2800 kv metr. Otaqlarının sayı-12. Bu villanın 7 yataq otağı, 6 hamamı, 3 qonaq otağı, 3 biznes otağı mövcuddur. Qiyməti - 5 milyon 450 min manat. 

3. Bakının Teymur Əliyev küçəsi, "Avesta" konserninin yaxınlığında villa


Bu villa üçün də istifadə olunan materiallar Avropadan gətirilib. Sahəsi 900 kv.metr, otaqlarının sayı 10, qiyməti isə 4 milyon 200 min manatdır. 

4. Bakıdan bir qədər kənarda - Şüvəlanda villa


Bu villa 4 mərtəbəli və dəniz mənzərəlidir. Villa 10 otaqdan ibarətdir. 1-ci mərtəbəsində geniş 69.48 m2 salonu, 36.00 m2 hidromasajlı hovuzu, 15.64 m2 saunası, 23.00 m2 mətbəxi,3 sanitar qovşağı olan evin döşəməsi İtalya istehsalı olan fosforlu, yerdən isitməli mərmərlə təchiz olunub. Sahəsi 1745 kv.metr, qiyməti 4 milyon manatdır. 

5. Bakının H.Cavid prospekti Şüşəli bazarın arxasında villa


Bu villa Hüseyn Cavid prospektinə və əsas yola çıxır. 5 mərtəbəlidir, 8 sot torpaq və 2 həyətin birləşməsindən ibarətdir. Sahəsi 1200 kv.metr, 12 otağı var, qiyməti 3 milyon 800 min manat.

Onu da əlavə edək ki, bu tip elit mənzillərin qiymətinin baha olmasını ekspertlər maya dəyərin yüksək olması ilə izah edirlər.

Qaynar.info