Ekonomiks 16:17 24.03.2019

Bakıda 2,7 milyona villa satılır (FOTO)

Bakının Nərimanov rayonu, "Gənclik" metrosunun yaxınlığında yerləşən villa 2 milyon 700 min manata satışa çıxarılıb.

Ümumi sahəsi 600 kv/m olan ikimərtəbəli, 7 otaqlı, təmirli villanın həyəti 6,7 sot təşkil edir. Evin yaxınlığında bütün infrastruktur mövcuddur.

Mənzil daimi qaz, su, işıqla təmin olunub. Həyətində müxtəlif növ ağaclar var.(Axar.az)