Xəbər lenti

Bakıda 62 dərəcə isti var?
Ölkə 14:31 09.08.2017

Bakıda 62 dərəcə isti var?

"Ölkə ərazisində müşahidə edilən isti hava şəraiti avqust ayının 10-dək davam edəcək".

"Qaynarinfo" xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda paytaxtda zəif cənub-şərq küləyinin üstünlük təşkil edir: "Bakıda havanın temperaturu 35-40 dərəcə, bölgələrdə 35-41 dərəcə, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41-43 dərəcə istidir".

Gülşad Məmmədova avtobus dayanacaqlarında qurğuların göstəricilərinə də münasibət bildirib:

"Nazirlik tərəfindən havanın temperaturu barədə verilən məlumat tam dəqiqdir. Dayanacaqlardakı qurğular dəmirdir və gün vurub qızdırır. Nəticədə həmin göstəricilər havanın temperaturunu deyil, həmin dəmirin, ətrafın təsirini göstərir".

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə avtobus dayanacaqlarında və ya maşınlardakı termometr qurğularının göstəriciləri paylaşılır. Həmin qurğularda temperatur göstəriciləri 55-62 dərəcə arasında dəyişir.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->