Ölkə 08:15 22.11.2019

Bakıda 7 maşın toqquşdu- xəsarət alanlar var

Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
 
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, "Nissan” markalı minik avtomobili metronun "20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman "Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər beş avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyiblər. 

Qəza nəticəsində iki nəfər xəsarət alıb.