Ölkə 22:50 07.08.2017

Bakıda ana və 2 yaşlı uşağı oğurlandı

Bakıda kişi qadını və 2 yaşlı uşağını oğurlayıb.

"Qaynarinfo" virtualaz.org-a  istinadən xəbər verir ki, Rəsulzadə qəsəbəsinin sakini Gülxanım Yusifova Binəqədi Rayon Polis Şöbəsinə müraciət edərək, avqustun 5-də Eldar adlı birinin onun 19 yaşlı qızı Aytəni və 2 yaşlı nəvəsi Yusifi oğurladığını bildirib.

Qadının sözlərinə görə, kişi onun qızını evlənmək məqsədilə oğurlayıb.

Cinayət əməlini törətmiş şəxsin kimliyi müəyyənləşdirilir.

Qaynarinfo.Az