Video 22:08 15.08.2019

Bakıda avtobusun şüşələri sındırıldı: sürücü döyüldü (VİDEO)

Bakıda marşrut avtobusuna hücum olub.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.