Video 10:54 28.01.2022

Bakıda avtomobil beton arakəsməyə çırpıldı (FOTO/VİDEO)

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, Sadıqcan Əhmədov idarə etdiyi BMW markalı maşınla hərəkətdə olan zaman naməlum markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil onun qarşısında manevr edib. Bu zaman S.Əhmədov sükana nəzarəti itirib.

Həmin vaxt idarəetmədən çıxan BMW yolayrıcı beton arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktı Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırır.