Xəbər lenti

Bakıda bayram günü 25 yaşlı qızı küçədə öldürdülər
Ölkə 11:29 15.10.2013

Bakıda bayram günü 25 yaşlı qızı küçədə öldürdülər

Qızın naməlum avtomobil tərəfindən vurularaq öldürüldüyü bildirilir

Bu gün səhər saat 06:35 radələrində Bakının Qaradağ rayonu ərazisində 25 yaşlı qızın meyiti aşkarlanıb. Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, aşkarlanan meyitin kimliyi məlum olub. Meyit 1988-ci il təvəllüdlü Elvira Məmmədovaya məxsus olub.

Araşdırmalar zamanı onun naməlum avtomobil tərəfindən vurulduğu bilinib. Hazırda polis onu vuran maşının axtarışlarına başalyıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->