Ekonomiks 11:37 30.05.2019

Bakıda beynəlxalq konfrans başladı

Bu gün Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı işə başlayıb.

Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsi olan konfrans iki gün davam edəcək. 

Builki konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb. 

SOCAR, BP, "Inpex”, "Petronas”, "SOCAR AQS”, "Dentons”, "Equinor” və digər dünyaca məşhur şirkətlər konfransda iştirak edir. 

Tədbir çərçivəsində yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə məlumat vermək və müzakirə aparmaq üçün ikitərəfli görüşlər də təşkil ediləcək.