Ölkə 09:51 30.07.2018

Bakıda intihara cəhd edib tıxac yaradan şəxs xilas edildi (YENİLƏNİB)

Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.

***09.08
 
Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, tıxac əsasən Heydər ƏLiyev prosketinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hisssində müşahidə edilir.

Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır.