Ölkə 20:22 09.08.2017

Bakıda bu çimərliklər təhlükə mənbəyidir!

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2017-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqini keçirib. 

"Qaynarinfo" xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Müayinələr zamanı Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zonalarında dəniz suyunun çirklənməsi hallarının hələ də davam etdiyi müəyyənləşdirilmiş, həmin çimərliklərdə bakterioloji çirklənmə göstəriciləri normadan yüksək olub. Buna görə də Şıx və Qaradağ rayonu Sahil çimərliyinin çimərlik kimi istifadəsi qadağan edilib.

Qaynarinfo.Az