Foto 15:29 20.04.2019

Bakıda böyük tıxac (FOTOLAR)

Bakının Şövkət Məmmədova küçəsində tıxac yaranıb.

Qaynarinfo Posta.az-a istinadən xəbər verir ki, sözügedən küçədə işıqforun işləməməsi uzun və çətin açılan tıxaca səbəb olub. Tıxacın uzunluğu və gec açılması eyni zamanda Əhməd Rəcəbli küşəsinə də təsir edərək orada da tıxaca səbəb olub.

Qeyd edək ki, tıxacın yaranmasında saatlar keçməsinə baxmayaraq Yol Patrul Xidmətinin (YPX) əməkdaşları hadisə yerinə hələ də gəlməyiblər.