Ölkə 09:34 19.02.2020

Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi (FOTO)

Bakıda canavar yerli sakini dişləyib.

"Report”un əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
 

Maştağa qəsəbəsi, "Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.