Ölkə 11:02 06.04.2020

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək öldü

Bakıda ölüm hadisəsi baş verib.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə aprelin 5-i paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Ağabala Məmmədbəyov spirtli içki aludəçisi olduğu üçün metil spirt içərək zəhərlənib. Xəstəxanaya çatdırılan A.Məmmədbəyov orada ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.