Ölkə 10:36 10.11.2017

Bakıda gənc müğənni ölümdən döndü: həyatı xilas edildi

Ötən gecə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən şadlıq evində bıçaqlanan müğənnini həyatı xilas edilib. 

Kliniki Tibbi Mərkəzdən lent.az-a bildirilib ki, "Murad” şadlıq sarayında bıçaqlanan 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu döş qəfəsinin daxilə nüfuz edən xəsarəti ilə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyat xilas edilib və vəziyyəti stabilləşib.
 
Şadlıq sarayındakı hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. artıq bir nəfər şübhəli şəxs qismində saxlanılıb. 
 
Qaynarinfo.Az