Ölkə 18:08 11.03.2020

Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq (SƏRƏNCAM)

Prezident İlham Əliyev martın 11-də böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət Nazirliyinə tapşırılıb.