Ölkə 19:09 17.09.2020

Bakıda həkim evdən ölü tapıldı

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  Bakı şəhərinin Nərimanov rayonunda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1952-ci il təvəllüdlü Məmmədov Taryel Həmzə oğlunun evində meytini tapıb.

Qaynarinfo-nun Mediapost-a istinadən məlumatına görə, evində meyti tapılan şəxs 2017-ci ilədək Azərbaycan Sutikinti xəstəxanasının Poliklinikasında şöbəsinin müdiri vəzifəsində çalışıb. Mərhum 2017-ci ildə təqaüdə çıxıb və ixtisasca terapevt olub.