Foto 20:37 25.05.2019

Bakıda hərəkətdə olan avtomobilin təkəri çıxdı (FOTOLAR)

Bakıda qəza olub.

Hadisə paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. "Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan "Mercedes” markalı avtomobilin arxa sol təkəri qəfil çıxaraq əks istiqamətdə hərəkətdə olan "VAZ-2106” markalı maşına dəyib. "Mercedes” markalı maşın isə yoldan çıxaraq beton səkiyə çırpılıb.

Hadisə nəticəsində yolda bir neçə avtomobil qəza vəziyyətinə düşüb.
 
Həmçinin qəza nəticəsində prospektdə tıxac yaranıb. (ONA)