Bakıda özlərinə kafe açan iki gənc reklam üçün çox maraqlı bir üsula əl atıblar.
Belə ki, onlar kafelərini metroda reklam etməklə tanıdıblar. Yəni sadəcə 20 qəpik gediş haqqı ödəyərək metroya daxil olub və kafenin adı olan reklam lövhəsi ilə stansiyaları gəziblər. Gənclərin bu üsulu sosial şəbəkələrdə müzakirə mövzusu olub. Onların müştərisi isə iki dəfə artıb.
"Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, gənclər 20 qəpik gediş haqqı ödəyərək metroya daxil olub və yüzlərlə adam onların reklamını görüb.
Bakıda universitetlərin birində tələbə olan Ülvi Bayramov dostu ilə etdiyi reklamla sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Açdıqları yeni kafeni tanıtmağın ən ucuz yolu kimi metronu seçən gənclər reklam lövhəsi hazırlayaraq onu metronun içində qatarda gəzdirərərək bir gündə çox sauda adama tanıdıblar.
Ülvi Bayramov deyir ki, əslində belə bir reklam fikirləri olmayıb. Sadəcə taksi pulları kifayət qədər olmadığı üçün metroya düşməyə məcbur olublar. Amma insanların əllərindəki reklama olan marağı onları əməlli-başlı düşündürüb. Və bunu reklama çevirməyi düşünüblər.
Cəmi bir neçə gündür ki,açılan kafe bu yolla çox qısa zamanda tanınıb.Sosial mediada yayılan görüntülərdən sonra kafenin müştəriləri də əməlli başlı artıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev bildirib ki, gənclərin əlində olan reklam lövhəsi daşınması icazə verilməyən yüklərə aid deyil. Və ölçüləri də standartlar çərçivəsindədir. Elə buna görə də onlar qanunazidd heç bir hərəkətə yol verməyiblər.
Qaynarinfo.Az
Şərhlər