Bakıda komendant 3 nəfəri niyə güllələdi? (TƏFƏRRÜAT)

Bakıda komendant 3 nəfəri niyə güllələdi? (TƏFƏRRÜAT)

Masazır qəsəbəsində baş verən silahlı insidentin şok təfərrüatı ortaya çıxıb.

Məlumata görə, "Yeni Bakı" yaşayış kompleksinin Ehtiram adlı komendantının törətdiyi cinayətin səbəbi puldur.

Belə ki, Ehtiramın güllələdiyi şəxslər maklerlərdir. Adıçəkilən şəxslər arasında ev alqı-satqısı ilə bağlı danışıq olub, Ehtiram onlardan əlavə faiz tələb edib və narazılıq yaşanıb.

Bundan sonra Ehtiram satılan evlə bağlı təmizlik kağızı adlanan sənədi maklerlərə verməkdən imtona edib və faizini tələb edib. Razılaşma əldə edə bilməyən Ehtiram silahını götürüb Mazasıra maklerlırun ofisinə gəlib və onları orada güllələyib.



Bildirilir ki, Ehtiram "3 fəsil" tikinti şirkətinin sahibi Elnur Hüseynovun dayısıdır. Ehtiram "Yeni Bakı"ya komendant təyin edildikdən bəri yaşayış kompleksində az qala hər gün davadır.

Məlumata görə, Ehtiramın Ruhiyyə adlı ikinci arvadı yaşayış kompleksindən ev satan maklerlərdən əlavə faiz tələb edirmiş. Şirkətin rəhbəri Elnur isə bütün bu məsələlərdən xəbərdar imiş və dayısının tərəfini tuturmuş.

Adıçəkilən yaşayış kompleksindən ev satan maklerlərin hamısı Ehtiram və Ruhiyyəyə 1500 manat pul ödəməliymiş.

O da bildirilir ki, "İlin dörd fəsli" şirkətinin vergidən yayınmaq üçün adıçəkilən yaşayış kompleksinin sakinlərinə "kupça" verməyi də müxtəlif bəhanələrlə uzatdığı iddia edilir.

Qeyd edək ki, Elnur Hüseynov Bakıdakı məşhur 3 korona" yaşayış kompleksinin də sahibidir. (bakupost.az)
XƏBƏRLƏR
BLOGLAR