Xəbər lenti

Bakıda koronavirusa qarşı maarifləndirici tədbirlərdən fotoreportaj
Foto 16:45 28.03.2020

Bakıda koronavirusa qarşı maarifləndirici tədbirlərdən fotoreportaj

Bakıda koronavirus təhlükəsinə qarşı dezinfeksiya işləri ilə yanaşı maarifləndirici tədbirlər də davam etdirilir.

Qaynarinfo xəbər verir ki, paytaxt və digər ərazilərdə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının, eləcə də ərazi üzrə Polis İdarələrinin əməkdaşları tərəfindən maarifləndirmə tədbirləri aparılır. 

Koronavirus təhlükəsiz ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaları qadağan olub. Polis əməkdaşları paytaxt ərazisində qeyd olunan yaş həddindən yuxarı şəxslər gördükdə onlarla profilaktik söhbət aparır. Evdən çıxmalarının onların həyatı üçün təhlükəli olduğunu izah edərək, ahıl şəxsləri evlərinə yola salırlar.

Digər tərəfdən, şəhərdə maska, əlcəkdən istifadə etmədən gəzən şəxslərə də özlərini və ətrafdakı insanları qorumaq məqsədilə qoyulan qaydalara riayət etmələri tövsiyə olunur.
 
Bununla yanaşı qeyd edək ki, xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtda ardıcıl tədbirlər həyata keçirilir. 

Koronavirusla mübarizə çərçivəsində ictimai iaşə obyektlərində, insanların intensiv istifadə etdiyi mərkəzlərdə, yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları, liftlər və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->