Video 09:47 21.01.2022

“Çermet” körpüsü buz bağladı, 5 avtomobil toqquşdu (VİDEO/FOTO)

Bakının Nərimanov rayonunda zəncirvarı yol qəzası baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

"Çermet” körpüsü kimi tanınan ərazidə "BMW” markalı avtomobilin sürücüsü yolun buz bağalamasına görə idarəetməni itirib. Avtomobil yol ayrıcı betona çırpılıb. Daha sonra "Opel”, "Toyota”, "Daewoo” və "Hyundai” markalı avtomobillər ard arda bir birinə çırpılıb.

Hazırda sürücülər "Çermet” körpüsü kimi tanınan ərazidə yolun buz bağlamasını nəzərə alıb eyni istiqamətdə hərəkətdə olan avtomobil sürücülərinə xəbərdarlıq edirlər.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib . Polis əməkdaşları körpünün hər iki istiqamətində dayanaraq avtomobil sürücülərinə sürəti azaltmağı tövsiyyə edirlər.