Bakıda küçədən iki aylıq uşaq tapılıb.
Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən bildirilib.
Hadisə dünən Nərimanov rayonu M. Əhmədzadə küçəsində qeydə alınıb. Həmin küçədə yerləşən 15 saylı binanın həyətində 2-3 aylıq qız uşağı aşkar edilib. Uşaq 1 saylı Təcilli Yardım Stansiyasına təhvil verilib.
Hazırda körpənin valideynləri axtarılır.
Qaynar.info
Şərhlər