Ölkə 17:36 16.01.2019

Bakıda külək təhlükəsi: ağaclar “yox edilir" (FOTO)

Sabaha proqnozlaşdırılan güclü küləklə bağlı hazırda Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində qurumuş ağacların kəsilməsinə başlanılıb.

Axar.az xəbər verir ki, hələlik bunun hansı qurum tərəfindən həyata keçirildiyi məlum deyil.

Qeyd edək ki, bu gün Binəqədi rayonunda ağac aşaraq yolu bağlayıb və nəqliyyatın hərəkətinə mane olub.