Ölkə 23:25 08.04.2016

Bakıda mənzildə yanğın hadisəsi baş verib

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 kv.m sahədə və "BOSH" markalı paltaryuyan maşın yanıb.

Yüksək temperaturdan "İNDESİT" markalı soyuducu və qaz plitəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 18:38-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info