İdman 16:50 22.11.2014

Bakıda möhtəşəm mənzərə olacaq - VİDEO

“Bakı-2015 İlk Avropa Oyunlar”nın açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə gələn həftə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil edəcək. 

ANS TV-nin məlumatına görə, bununla bağlı noyabrın 24-də İçərişəhər işıqlandırılacaq və diqqətçəkən şou göstəriləcək. İşıqlandırma effektlərindən ibarət şou axşam saat 20:00-da başlayacaq. “Bakı-2015” in təsviri əfsanəvi Qız qalası memarlıq abidəsi üzərində əks olunacaq. 

24 noyabrda bütün ölkədə böyük maraq oyadacaq xüsusi xəbər elan ediləcək.

Qaynar.info