Ölkə 19:45 06.09.2017

Bakıda nə qədər əhali yaşayır? Statistika İdarəsi açıqladı

2017-ci ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 8 min nəfər və ya 0,3% artaraq 2017-ci il iyul ayının 1-i vəziyyətinə 2 milyon 253 min 800 nəfərə çatıb.

Bakı Şəhər Statistika İdarəsindən "Ölkə.Az"a verilən məlumata görə, əhalinin 49,7%-ini kişilər, 50,3%-ini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1053 nəfər olub.

2017-ci ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.

Qaynarinfo.Az