Ölkə 09:19 21.01.2022

Bakıda nişanlısı tərəfindən döyülən gənc qızın qolları sındı

Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.

"Report”un məlumatına görə, hadisə paytaxt ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.