Video 22:06 22.01.2020

Bakıda "Niva" sürücüsü qayda pozan şəxsi belə "cəzalandırdı" (VİDEO)

Bakıda 90-VH-607 dövlət nömrə nişanlı, "Jeep” markalı avtomobil əks yola çıxmağına peşman olub. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, "Niva” markalı avtomobilin sürücüsü həmin şəxsi qaydaları pozduğuna görə peşman edib. 

Avtomobillər bir neçə dəqiqə yolun ortasında hərəkətsiz dayanıb. Daha sonra "Jeep” qismən sağa manevr edərək, "Niva”ya yol verməli olub.